VII Qlobal Bakı Forumu öz işinə başlayır
Tarix: 14-03-2019 08:12 | Bölmə: Siyasət
VII Qlobal Bakı Forumu öz işinə başlayır
Bu gün VII Qlobal Bakı Forumu öz işinə başlayır.

Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 70-dən çox ölkəsindən 450 nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Tədbir çərçivəsində "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu", "Davamlı inkişaf çağırışları", "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu" və digər mövzularda panel iclasları keçiriləcək. Əsas panel iclasların biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq.

Azərbaycan artıq 7-ci ildir foruma ev sahibliyi edir.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
20-05-2019, 11:36 Zelenski and içdi

{sape_links}{sape_article}