16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dünya şokda! 28 ildir prezident olan Nazarbayev istefa verdi - Foto
Tarix: 19-03-2019 18:05 | Bölmə: Siyasət
Dünya şokda! 28 ildir prezident olan Nazarbayev istefa verdi

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev vəzifəsindən istefa verdiyini açıqlayıb.

Reyting.az-ın xəbərinə görə, 28 ildir Qazaxıstan prezidenti olan Nursultan Nazarbayev, istefasını az əvvəl bütün dünyaya çatdırıb.

78 yaşlı Nazarbayev, açıqlamasını televiziyadan yayımlatdırıb.

Sovet İttifaqının dağılmasının ardından 1991-ci il dekabrın 10-da Qazaxıstan Sovet Sosialist Respublikasının adının, Qazaxıstan Respublikası olaraq dəyişdirilməsi qərarı ilə Orta Asiyada yeni müstəqil cümhuriyyətin yaranmasını təmin edib.

Qazaxıstan Ali Şurası 1991-ci il dekabrın 16-da qəbul etdiyi qanun ilə Qazaxıstanın müstəqilliyini elan edib. Ölkənin müstəqilliyini ilk tanıyanlar da Türkiyə, ABŞ və Çin olub.

Dünya şokda! 28 ildir prezident olan Nazarbayev istefa verdi

1991-cı il dekabrın 1-də keçirilən seçkiləri qazanan ölkənin mövcud prezidenti Nursultan Nazarbayev, yürütdüyü siyasət ilə ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə və sülhsevər xarici siyasətə yönəldib.

Sovetlər Birliyi dövründən bu yana kürsüsünü qoruyan yeganə lider olan Nazarbayev keçmiş bir mühəndisdir.

Çalışdığı mədəndəki fəhlə və çıxışlar onu siyasətə, oradan da sovetlərin ən mühüm ikinci adamı olmağa yönəldib. Sovet dövründəki gücünü, Qazaxıstanın müstəqillik protokolunu imzaladığı 1991-ci ildən bu yana qoruyub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}