18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
16:42 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - Fotolar
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Sabiq nazir: “İlham Əliyevin ətrafına bu respublikanı dağıdanlar yığışıb” - Müsahibə
Tarix: 28-03-2019 20:08 | Bölmə: Siyasət

Əli Nağıyev: “Bu gün Əli İnsanovun yerində oturanın sərvəti Əli İnsanovun sərvətindən 10 dəfə artıqdır”
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, sədrin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, keçmiş səfir Əli Nağıyevin AzadlıqRadiosuna müsahibə verib.
Reyting.az Əli Nağıyevin müsahibəsini təqdim edir:
- Keçmiş səhiyyə naziri Əli İnsanovla və hakim partiya ilə bağlı ittihamlarınızdan sonra Sizə hakimiyyətdən və ya dostlarınızdan təzyiq, ya da iradlar oldumu?
- Nə irad olub, nə də təzyiq. Hər dediyim sözün müəllifiyəm.
- Əli İnsanovun siyasətə gəlişinə Siz necə baxırsınız?
- Mən Əli İnsanovun vəkili deyiləm. Necə başlayacaq, necə qurtaracaq o özü bilər. Mən onun işlərinə qarışa bilmərəm.
- Amma vaxtilə eyni partiyada olmusunuz, YAP-ı quranlardansınız.
- Nolsun ki olmuşuq?! Çoxları ilə eyni partiyada olmuşuq.
- O da, Siz də YAP-dan, hakimiyyətdən inciksiniz, deyəsən?
- Hərənin özünə aid, özünə oxşar incikliyi var. Böyük axtarış tələb etmir desinlər ki, Əli Nağıyev incikdir. Kim incikdir, mənə dəxili yoxdur. Əli Nağıyevin incik olmasına axırıncı cümləm bəs edir (mətbuata son müsahibəsində dediyi «Mən YAP-ın ideya müəllifiyəm, qurucusuyam» cümləsini nəzərdə tutur – A.R.). Bu partiyanın müəllifi Əli Nağıyevdir. İki nəfər olmasaydı, bu partiya olmazdı. Biri Heydər Əliyevdir, biri Əli Nağıyevdir. Bu gün kaftar sürüsü kimi daraşıb sökənlər... Sözsüz ki, mən inciyəm, əlbəttə, inciyəm.
- Niyə inciksiz? Sizin arzuladığınız Azərbaycan qurulmur, korrupsiya var, ya hesab edirsiniz ki, layiq olduğunuz qiyməti vermirlər?
- Göz qabağındadır da. Əzizlədikləri, əzizləyib tabağa qoyduqları neçəsinin sonra üzünə tüpürüb atıblar, neçəsini həbsə göndəriblər. Bunlar göz qabağındadır, axı. Onlar necə ifşa olunub, qovlanıb, bu da göz qabağındadır. Bunlar gərək mənim dilimdən deyilə? Neçə nazir ifşa olunub, nələr, nələri... Bir bankdan 10 milyard dollar pul oğurlananda nədən danışmaq olar. Siz jurnalistsinizsə... Təəssüflər olsun ki, bu millətin 95 yaşlı jurnalisti, müəllimi ANS kimi televiziya bağlananda susdu. Jurnalistlərin sifəti itib. Allah rəhmət etsin Üzeyir bəyə, yazırdı, «10 manat ver, səni tərifləyim, 15 manat ver, səni söyənlərin atasını yandırım». Jurnalistlik bu günə düşüb.
- Sizcə, bu durumda indiki hakimiyyətin, Sizin də təmsil olunduğunuz hakim partiyanın günahı yoxdur?
- Millətin günahı var. Sənin ziyalılarını yığdı... Onlar ziyalılar deyil, psevdo ziyalıdır. Sənin baş yazarın durub demədi ki, a kişi, mənim qələmim yazmır, bu milləti şərəfsiz edən dərdindən bir kəlmə danışın, deyin görək, sabahımız nə gündə olacaq. Bu millətin baş yazarı bu sözü demədi. O biri demədi ki, mən gedib Oskar mükafatı almış rejissoru, aktyoru gətirib ermənini ifşa edən bir film çəkəcəyəm, buna vəsait lazımdır. Bunlar millətin qabaqda gedənləridir də, ziyalıdır. Hamısı dedi ki, mənə bir şey ver. Erməni də bunu görür və bilir ki, belə millətə neynəmək olar... Qoy məni həbs etsinlər. Mən jurnalistləri ittiham edirəm, milləti yox, o millətin psevdo ziyalılarından biri durub demədi ki, belədir. Bir dənə Rasim Balayev (R.Balayev ziyalılarla görüşə dəvət olunmamışdı, sonradan prezident İlham Əliyevin ona zəng etdiyi barədə məlumat yayıldı – red.) mızıldandı, o da yarımçıq. Yarımçıq tənqid yaltaqlıqdan betərdir.
- Bəlkə də ziyalıları da qınamaq olmaz, onları bu vəziyyətə salıblar. Həbsə atılanlar var...
- Ziyalı ona deyirlər ki, bu vəziyyətə düşməsin. Bizim Nəsimi kimi babamız olub: «Dara çıx, yan, ey ənəlhəq söyləyən Mənsur, əgər. Axirət darından istərsən səlamət darını». Bunu dedi və özünə də etdi. Bizim bu cür babamız olub. Ziyalı ona deyirlər ki, əqidəsini heç nəyə qurban etməsin.
- Bir nəfər də çıxıb deyə bilər ki, Əli Nağıyev niyə bu tənqidləri söyləmir, niyə YAP-ı quran bir adam kimi prezidentlə bu haqda söhbət etmir ki, bu problemlər var, həll etmək lazımdır?
- Bu dəqiqə sən mənə Əli İnsanovdan ötrü sual verirsən, axı. 14 ildir Əli İnsanov həbsdədir. Niyə? Nə bilim Əli İnsanovun sərvəti var, nə bilim... Bu gün Əli İnsanovun yerində oturanın sərvəti Əli İnsanovun sərvətindən 10 dəfə artıqdır. Biz bu millətin dərdinə çarə axtarırıqsa, onda gəlin yığışaq, ortalığa qoyaq ağ nədir, qara nədir.
- Bəs niyə Korrupsiya ilə Mübarizə İdarəsi «sərvəti Əli İnsanovdan 10 dəfə artıq olan» məmurla bağlı araşdırma aparmır?
- O işlərə mən cavab vermirəm. Mən bilmirəm.
- Siz YAP-dan gedə bilərsinizmi və ya Əli İnsanovla yeni bir partiya yaratmanız mümkündürmü?
- Mən oturmuşam, özümü maraqlandıran işlərlə məşğulam. Siyasətə qoşulmuram, siyasətlə məşğul olmaq istəmirəm.
- İlham Əliyevin son addımlarını necə dəyərləndirirsiniz, islahatlar haqda danışmağa başlayıb...
- Mənim dəfələrlə müsahibələrim olub. Mən bu gün də, 5 il də, 10 il də sonra İlham Əliyevdən yaxşısını görmürəm. Ancaq İlham Əliyevin ətrafında bu respublikanı sökənlər yığışıb, bu respublikanı dağıdanlar yığışıb.
- Sizcə, İlham Əliyev ətrafındakılardan qurtula biləcək?
- Yaxşı da... İki dəqiqə əvvəl dedim ki, neçə naziri ifşa etdi. İndi bu... Vay-vay, bilirsən nə var? Batıq yerlər çoxdur. 22 il, 1996-cı ildən bu millətin başına 50 faiz erməni olan biri keçdi, ikinci şəxsi oldu, əlini ağdan-qaraya vurmadı, heç nə etmədi, ancaq kürəkənini milyarder etdi.
- Kimi nəzərdə tutursunuz?
- Jurnalistsən, hesabını apar.
- Niyə hər şeyi jurnalistlərdən tələb edirsiniz? Hər kəs öz sözünü, fikrini açıq deyə bilər.
- Mən hesab edirəm ki, sizi tanımaya-tanımaya xeyli söhbət etdim, qalanını da başqalarından soruş.
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
Bu gün, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"
22-01-2026, 12:39
ABŞ hərbi gəmiləri Yaxın Şərq və Avropaya doğru istiqamətlənib

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər