15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Bu gün Vyanada Qarabağ problemi müzakirə olunacaq - Foto
Tarix: 29-03-2019 08:35 | Bölmə: Siyasət
Bu gün Vyanada Qarabağ problemi müzakirə olunacaq

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Respublikasının baş naziri Nikol Paşinyan Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcəklər.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifi əsasında razılaşdırılıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.

Bu gün Vyanada Qarabağ problemi müzakirə olunacaq

Xatırladaq ki, daha əvvəl Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər