Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
Tarix: 08-04-2019 20:28 | Bölmə: Siyasət
Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini gündəmə gətirib.

Reyting.az ona-ya istinadən bildirir ki, Qənirə Paşayeva Avropa Şurasının İnsan Haqları üzrə Müvəkkili Dunya Miyatoviçə sual ünvanlayıb.

“Rəsmi Bakı Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan tərəfinə qaytarılması üçün dəfələrlə çağırışlar edib. Ancaq Ermənistan tərəfi onların hüquqlarını pozmaqda hələ də davam edir. Avropa Şurası bu məsələyə nə qədər səssiz qalacaq?”,- deputat soruşub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər