Vitse-prezident yeni qətnamənin mahiyyətini sirr saxlayır
Tarix: 09-04-2019 10:01 | Bölmə: Siyasət
Vitse-prezident yeni qətnamənin mahiyyətini  sirr saxlayır

Azərbaycanla bağlı mühüm qətnamə qəbul edilib.

Bu barədə ATƏT Parlament Assambleyasının vitse-prezidenti, deputat Azay Quliyev "tvitter" hesabında yazıb.

A. Quliyev hansısa səbəbdən qətnamənin detallarını açıqlamayıb: "Bu gün ATƏT PA-nın Bürosu illik sessiyada təsdiq olunmaq üçün Azərbaycanla bağlı detallarını hələ açıqlamaq istəmədiyim, lakin milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi”.

Vitse-prezident layihəyə verdikləri dəstəyə görə Büro üzvlərinə təşəkkürünü bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər