15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Prezident parlamenti buraxacağı ilə bağlı xəbərdarlıq etdi
Tarix: 10-04-2019 01:41 | Bölmə: Siyasət
Prezident parlamenti buraxacağı ilə bağlı xəbərdarlıq etdi

Moldova prezidenti İqor Dodon deputatlar iyun ayının yarısına qədər işləməsə, parlamenti buraxacaq.

Reyting.az bildirir ki, dövlət başçısı bunu “NTV-Moldova” televiziya kanalına müsahibəsində deyib.

“Əgər iyunun ortalarına qədər heç bir qanun qəbul olunmasa, əgər parlamentin spikeri olmasa, onda parlamenti buraxa bilərəm”, - Dodon söyləyib.

Parlament çoxluğunun formalaşdırılması üzrə danışıqların çətinliyini şərh edən prezident əmindir ki, deputatlar müddət yaxınlaşana qədər razılığa gələ biləcəklər.

Dodon eyni zamanda iddia edib ki, onu dəstəkləyən Moldova Respublikası Sosialistlər Partiyası növbədənkənar seçkilərdən çəkinmir.

Fevralın 24-də keçirilən seçkinin nəticələrinə görə Moldovanın 101 yeri olan parlamentinə 3 böyük qrup keçib. Onlar parlament çoxluğu və hökumətin tərkibi ilə bağlı razılığa gəlməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər