14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
Ərdoğan: "Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem yoxdur"
Tarix: 02-09-2025 15:25 | Bölmə: Siyasət
Ərdoğan: "Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem yoxdur"

"Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq.

"Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə bu ümidi onda gördüm. Ağ Evdə atılan imzalar Azərbaycan-Ermənistan normallaşma prosesinə, təbii ki, sürət qazandırdı. Azərbaycan və Ermənistan sülh yolunda əhəmiyyətli maneələri aşaraq son mərhələyə qədər gəlib çatdılar",- deyə Türkiyə prezidenti vurğulayıb.

R.T.Ərdoğan əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünə də diqqət çəkib:

"Hər iki görüşdə həm Əliyevin, həm də Paşinyanın eyni mövqedə olduqlarını gördüm. Onlar eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi məsələsində də hər hansı bir problem və fikir ayrılığı yoxdur. Azərbaycan prezidenti bu məsələdə özünə əmindir. Xüsusilə də ABŞ səfərindəki o görüş, o danışıqlar bu mövzuda atılacaq addımlarda həlledici rol oynayıb"(report).




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub