Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
Tarix: 03-09-2025 12:29 | Bölmə: Siyasət
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub.

Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb.

Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda general-polkovnik Z.Həsənov HDQ briqadasını və "Ha Long" buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub