17:18 / 03-09-2025
Saxta domenlər bloklanıb
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
Tarix: 03-09-2025 17:04 | Bölmə: Siyasət
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər

Rusiyanın müxalifyönlü siyasətçiləri Yuliya Navalnaya, İlya Yaşin və Vladimir Kara-Murza Kanadanın baş naziri Mark Karnidən xahiş ediblər ki, ABŞ-dan deportasiya olunan ruslara sığınacaq versin.

Reyting.az
-ın məlumatına görə, Navalnaya, Yaşin və Kara-Murza baş nazir Karniyə müraciətlərində ABŞ-dan deportasiya edilən və müharibəyə qarşı mövqeyi ilə seçilən rusiyalıların Kanada ərazisində sığınacaq almalarına icazə verilməsini istəyiblər. Bu müraciətin mətnini "The Globe and Mail" nəşri yayıb.

Müraciətdə qeyd olunur ki, ABŞ-da sığınacaq üçün müraciət edən çoxsaylı müharibə əleyhdarı olan rusların əksəriyyəti ciddi qanun pozuntusuna yol verməmələrinə baxmayaraq, üstəlik, heç bir cinayət törətmədikləri halda hazırda immiqrasiya mərkəzlərində saxlanılır, ailələri isə tez-tez bir-birindən ayrı düşür.

Müraciət müəlliflərinin yadığına görə, daha pisi odur ki, Amerika məhkəmələri getdikcə, daha çox sığınacaq verməkdən imtina edir, icraedici hakimiyyət isə rusiyalıları deportasiya etmək səlahiyyətini yerinə yetirir. Həmin şəxslər Rusiyaya döndüyü zaman Putinin xüsusi xidmət orqanları tərəfindən dərhal həbs olunurlar.

Bu müraciətə imza atan Navalnaya, Yaşin və Kara-Murza Kanadanın baş nazirindən ABŞ-dan deportasiya edilən ruslara sığınacaq verilməsini, bununla bağlı Vaşinqtonun rəsmi şəkildə məlumatlandırılmasını da xahiş ediblər. Onların sözlərinə görə, bu addım həmin şəxslərin Rusiyaya qaytarılmasının qarşısını ala bilər.

Siyasətçilər Kanadanın ABŞ-dakı səfirliyi yanında xüsusi bir işçi qrupun yaradılmasını da təklif ediblər. Belə bir quruma isə ABŞ-a sığınacaq üçün müraciətlərinin nəticəsini gözləyən, deportasiyadan ehtiyat edən ruslar müraciət edə bilərlər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub