00:18 / 04-09-2025
Millimiz qalib gəlib
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
Tarix: 04-09-2025 12:15 | Bölmə: Siyasət
Tramp: Putin və Zelenski sülhə hazır deyillər

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında şəxsi danışıqların perspektivləri ilə bağlı qeyri-müəyyənliyin artmasına baxmayaraq, Rusiya-Ukrayna sülh sazişinin əldə edilməsi ideyasından əl çəkməyib.

Reyting.az
xəbər verir ki, bunu prezident Tramp “CBS News”ə müsahibəsində deyib.

“Mən bunu izləmişəm, görmüşəm və bu barədə Putin və Zelenski ilə danışmışam. Nəsə baş verməlidir, lakin onlar hələ buna hazır deyillər. Amma biz bunu edəcəyik”,- Tramp əlavə edib.

O, Rusiya ilə Ukrayna arasında qan tökülməsindən narazı olduğunu, sülh razılaşmasının reallaşmasına çalışacağını bildirib.

“Düşünürəm ki, biz hər şeyi həll edəcəyik. Açığı, Rusiya müharibəsinin dayandırdığım daha asan müharibələrdən biri olacağını düşünürdüm, lakin görünür, bu, digərlərindən bir az daha çətindir”,- deyə Ağ evin rəhbəri etiraf edib.

Maraqlıdır ki, bu etiraf Trampın Ukraynadakı müharibəni 24 saat ərzində bitirəcəyi ilə bağlı daha əvvəl verdiyi bəyanatlarla ziddiyyət təşkil edir.

Bundan əlavə, Tramp Alyaskada Putinlə uğursuz görüşdən sonra yaxın günlərdə Ukraynadakı müharibə ilə bağlı danışıqların aparılacağını açıqlayıb. Xüsusilə Ağ ev nümayəndəsi bildirib ki, Trampın bu gün Zelenski ilə telefon danışığı gözlənilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub