Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
Tarix: 05-09-2025 10:24 | Bölmə: Siyasət
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb

Perunun xarici işlər naziri Elmer Şialer Salsedo bu ölkədə sentyabrın 3-4-də səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb.

Reyting.az 
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə qarşı tərəf Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına ölkəsinin marağını ifadə edərək ilk siyasi məsləhətləşmələrin əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinə təkan verəcəyini söyləyib.

Xatırladaq ki, sentyabrın 4-də Azərbaycan və Peru Limada Xarici İşlər nazirlikləri (XİN) arasında ilk siyasi məsləhətləşmələr raundu keçirilib.






Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub