Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
Tarix: 05-09-2025 12:34 | Bölmə: Siyasət
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq

Rusiya prezidenti Vladimir Putin Moskvanı Vladimir Zelenski ilə mümkün görüş üçün ən yaxşı yer adlandırıb.

Reyting.az
xəbər verir ki, bunu Rusiya lideri Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Növbəti dəfə kimsə həqiqətən bizimlə görüşmək istəsə, biz hazırıq. Bunun üçün ən yaxşı yer Rusiya Federasiyasının paytaxtı, qəhrəman şəhər Moskvadır”, - prezident Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında bildirib.

Putin vurğulayıb ki, Zelenski və Kiyev nümayəndələri Moskvaya gəlməyə qərar verərsə, Rusiya onlara təhlükəsizlik zəmanəti verməyə hazırdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub