Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
Tarix: 08-09-2025 23:10 | Bölmə: Siyasət
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir

Fransa parlamenti uzun müzakirələrdən sonra ölkənin baş naziri Fransua Bayruya etimadsızlıq göstərib.

Reyting.az
xəbər verir ki, bu barədə "France 24" kanalı məlumat yayıb.

Bildirilir ki, baş nazir Fransua Bayruya qarşı etimadsızlıq səsverməsindən sonra Nazirlər Kabineti istefaya gedəcək. Bu, son iki il ərzində dördüncü hökumət dəyişikliyi olacaq.

Bayruya qarşı 364 deputat səs verib, 194 deputat isə onu yenidən dəstəkləyib. Bu səsvermə təşəbbüsünü o, özü irəli sürüb. Buna səbəb dövlət borcunun azaldılması üçün təxminən 44 milyard avroluq xərclərin ixtisarını nəzərdə tutan "sərt qənaət planı" olub. Bayru, xüsusilə, hazırkı vəziyyətdə vergi dərəcələrinin və sosial ödənişlərin, həmçinin təqaüdlərin dondurulmasını təklif edib.

"France24" kanalı ehtimal edir ki, F. Bayru sentyabrın 9-da öz istefa ərizəsini Fransa prezidenti Emmanuel Makrona təqdim edəcək.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub