Dövlət komitəsində nazir müavini ilə görüş keçirilib - Fotolar
Tarix: 17-04-2019 19:46 | Bölmə: Siyasət
Dövlət komitəsində nazir müavini ilə görüş keçirilib

Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Reyting.az
-ın məlumatına görə, Fuad Muradov ölkəmizin diaspor siyasəti haqqında məlumat verib və bu sahədə Komitənin gördüyü işlərdən danışıb.

Xarici işlər nazirinin müavini ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı barədə fikirlərini bölüşüb və münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib.

Görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın yaşadıqları cəmiyyətə daha yaxşı inteqrasiya olunması, sosial-iqtisadi yönümlü ortaq layihələrin tətbiqi, Gürcüstan azərbaycanlılarının təhsil imkanlarının daha da artırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət komitəsində nazir müavini ilə görüş keçirilib
Dövlət komitəsində nazir müavini ilə görüş keçirilib




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər