Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşü ABŞ-da keçirilə bilər
Tarix: 18-04-2019 08:07 | Bölmə: Siyasət
Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşü ABŞ-da keçirilə bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ABŞ-da keçirilə bilər.

Bu barədə Polşada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Yaçek Çaputoviçlə birgə mətbuat konfransında deyib.

O, bildirib ki, bununla bağlı ötən gün ABŞ dövlət katibindən dəvət alıb.

E. Məmmədyarov bildirib ki, xarici işlər nazirlərinin sonuncu görüşü Moskvada baş tutub və Rusiya xarici işlər naziri Segey Lavrov öz təşəbbüsünü ortaya qoyub: "Bu görüşə dair çox pozitiv deyiləm, amma hesab edirəm ki, Rusiya Federasiyası ilə birgə səylərimizi ikiqat-üçqat artırmaqla münaqişənin həllində irəliləyişə nail ola bilərik", - deyə, E. Məmmədyarov bildirib.

O, həmçinin Polşaya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinə dair sərgilədiyi mövqeyə görə öz təşəkkürünü bildirib.(ONA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər