13:59 / 08-10-2025
Hərbçimiz vəfat edib
25 min kubalı Ukraynaya qarşı döyüşəcək
Tarix: 08-10-2025 12:32 | Bölmə: Siyasət
25 min kubalı Ukraynaya qarşı döyüşəcək

Rusiya Ukraynaya qarşı müharibədə getdikcə daha çox əcnəbilərə güvənir. Rekord itkilərə görə Kreml kubalıları, şimali koreyalıları, afrikalıları və Mərkəzi Asiyadan olan miqrantları döyüşə cəlb edir.

Reyting.az
“Forbes” nəşrinə istinadla bildirir ki, regional işğal kimi başlayan proses Ukraynaya qarşı çoxmillətli avtoritar kampaniyaya çevrilib.

Bu, Moskva üçün daxili müqavimət olmadan müharibəni davam etdirmək yolu, müttəfiqləri üçün isə müasir müharibədə döyüş təcrübəsi qazanmaq imkanıdır.

Ukrayna rəsmiləri deyirlər ki, 25 min kubalı yaxın vaxtlarda Rusiya tərəfində döyüşə bilər. Onlar Şimali Koreyanı keçərək döyüş meydanında ən böyük xarici kontingentə çevriləcəklər.

Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak bir çox kubalı üçün maddi maraqla bağlıdır. Onlara ayda təxminən 2000 dollar maaş vəd edilir ki, bu da öz ölkələrindəki maaşlarından xeyli yüksəkdir.

Məlumata görə, minlərlə insan cəbhə xəttində döyüşmək üçün artıq müqavilə imzalayıb. Digərləri deyirlər ki, aldadılıblar - guya tikinti işlərinə gəldikləri halda səngərlərə göndəriliblər.

Virciniya Universitetinin Miller Mərkəzinin dosenti Kristina Lopez-Qottardi deyir ki, Kuba hazırda ciddi iqtisadi və enerji böhranı yaşayır. Adada orta əmək haqqı 20 dollar civarındadır, ona görə də Rusiyanın kubalılara vəd etdiyi vəsait astronomikdir.

Havana bu prosesdə birbaşa iştirakını inkar etsə də, analitiklər bildirirlər ki, yerli hakimiyyət orqanlarının gizli razılığı olmadan belə genişmiqyaslı işə götürülmə mümkün olmayacaq.

Ukraynalı deputat Aleksandra Ustinova hesab edir ki, Kuba və Şimali Koreyadan hərbi kontingentlərin cəlb edilməsi Rusiya resurslarının çatışmazlığı əlaməti deyil, həm də siyasi jestdir: “Rusiya 20 minə yaxın kubalı cəlb edib; onlardan 1000-dən çoxu artıq Ukraynada döyüşür, 40-a yaxınını isə öldürmüşük. Bizdə sübut kimi onların pasportları var. Məqsəd onların etibarlı tərəfdaşlarının olduğunu göstərməkdir”.

Nəşr hələ də Kubanın motivasiyasının həm iqtisadi, həm də ideoloji olduğunu iddia edir.

“Kubalı əsgərlər son dərəcə yüksək maaş alırlar. Əgər ölsələr, onların dul arvadları varlanacaqlar. Sağ qalsalar, varlı qəhrəmanlara çevriləcəklər. İstənilən halda, Kuba çox ehtiyac duyduğu pulu alır və rejim buna görə kredit götürə bilər”, - Rutgers Universitetinin politologiya professoru Alexander Motyl izah edib.

Onun fikrincə, Havana da öz inqilabi reputasiyasını yüksəltməyə çalışır. Moskva ilə açıq həmrəylik isə Vaşinqtonun eqosuna zərər verə bilər.

Onu da qeyd edək ki, son günlərə qədər Ukraynaya qarşı döyüş meydanında beş min kublanın olduğu bildirilirdi.

Y. QACAR




Bölməyə aid digər xəbərlər