14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Belarusda prezident seçkilətrinin vaxtı açıqlandı
Tarix: 19-04-2019 15:16 | Bölmə: Siyasət
Belarusda prezident seçkilətrinin vaxtı açıqlandı

Belarusda prezident seçkiləri planlaşdırıldığı kimi, 2020-ci ildə keçiriləcək.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, bunu dövlət başçısı Aleksandr Lukaşenko xalqa və Milli Məclisə müraciətində açıqlayıb.

Prezident qeyd edib ki, cəmiyyətin siyasi fəal hissəsini növbəti seçki kampaniyası məsələsi narahat edir: “Bilmirəm, nəyə görə bu mübahisə üçün mövzu olub. Bizim qanunumuz, Konstitusiyamız var, siz yaxşı başa düşürsünüz ki, mən burada hakimiyyəti saxlamaq üçün fayda axtarmaq, ora-bura fırlatmaq niyyətində deyiləm. Özlərini siyasətçi adlandıran bəziləri prezident seçkilərini bu il keçirməyi təklif edir, sabit iqtisadi vəziyyətə istinad edir, daha əlverişli şərait olduğunu vurğulayırlar”.

“Bir daha təkrarlayıram: hər hansı əlverişli faktorlar arxasında qalmayacağıq, müəyyən bir münasib an olmayacaq. Prezident seçkiləri 2020-ci ildə olmalıdır. Əgər ölkəmizdə qeyri-adi hadisə baş verməsə, o, 2020-ci ildə keçiriləcək. Biz xalqla oynamayacağıq, hansısa bir fiqur üzərində siyasi oyunlar qurmayacağıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}