Deputat Rüfət Quliyev ölkə qanunlarına məhəl qoymur? - Fotolar
Tarix: 22-04-2019 22:55 | Bölmə: Siyasət
Deputat Rüfət Quliyev ölkə qanunlarına məhəl qoymur?

Milli Məclisin deputatı Rüfət Quliyevin Ukraynada ötən gün keçirilmiş prezident seçkilərinin 2-ci turunda səs verdiyi bildirilir.

Reyting.az
-ın məlumatına görə, diasporpress.az deputat Rüfət Quliyevin Ukrayna seçkilərindəki səsvermədə iştirakını əks etdirən fotoşəkilləri də paylaşıb. Quliyevin bu ölkədə keçirilən seçkilərdə səs verməsi isə onun həm də Ukrayna vətəndaşı olduğunu təsdiqləyir.

Azərbaycan qanunvericiliyi isə ikili vətəndaşlığı qadağan edir və bu qadağanın pozulması hüquqi məsuliyyət yaradır. İndiki halda isə Azərbaycanın sıravi bir vətəndaşının deyil, Milli Məclisin deputatı kimi yüksək statusa malik Rüfət Quliyevin qanunvericiliyin bu tələbinə məhəl qoymadığı üzə çıxıb.

Müvafiq dövlət qurumlarının bu faktı diqqətlə araşdıracağı və qanuna uyğun şəkildə tədbir görüləcəyi gözlənilir.

***

Məsələyə münasibət bildirən Rüfət Quliyev isə saytlarda yazılan bu məlumatı gülüşlə qarşıladığını deyib:

"Kiyevdən ötən gecə gəlmişəm. Mən Ukraynada seçkilərdə müşahidəçi kimi iştirak edirdim. Rəsmi olaraq seçkilərdə müşahidə aparırdım. Saytlarda yayılan fotolar da müşahidə apardığımı əks etdirir".

R.Quliyev bu cür xəbərlərin yalan olduğunu söyləyib. (Demokrat.az)

Deputat Rüfət Quliyev ölkə qanunlarına məhəl qoymur?Deputat Rüfət Quliyev ölkə qanunlarına məhəl qoymur?




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər