Mitinq və imzatoplama qərarı verildi
Tarix: 24-04-2019 09:02 | Bölmə: Siyasət
Mitinq və imzatoplama qərarı verildi

Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Rusiya və ABŞ-ın problemə dair son açıqlamaları, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünün nəticələri, Qarabağ ətrafındakı təhlükəli proseslər, Ukraynada prezident seçkilərinin nəticələri və digər məsələlər müzakirə edilib. Müzakirələrin yekununda uyğun qərarların qəbul olunduğu bildirilir.

QAT-ın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, iclasda “Danışıqlar dayandırılsın, müharibə başlasın!” tələbi ilə imzatoplama kampaniyasının başlanması, həmçinin mayın 18-də, Laçının işğal günündə “Qarabağa azadlıq!” tələbi ilə mitinqin keçirilməsi ilə bağlı da qərar verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər