Əli Əhmədov diaspor təşkilatlarını tənqid etdi
Tarix: 24-04-2019 13:59 | Bölmə: Siyasət
Əli Əhmədov diaspor təşkilatlarını tənqid etdi

Bəzi diaspor təşkilatları fəaliyyətlərini dövlətdən dəstək almaq üzərində qurmağa çalışırlar. Bu yanlışdır.

Reyting.az xəbər verir ki, bunu aprelin 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı keçirilən tədbirdə hakim partiyanın icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib.

Onun fikrincə, diaspor təşkilatları xalqa və dövlətə dəstək olmalıdırlar: "Biz də bu istiqamətdə getməyə başlamalıyıq. Güclü dövlətin təsirləri də böyük olur. Türkiyə və Azərbaycanın gücü artdıqca, təsir dairələrimiz, erməni yalanlarının qarşısını almaq imkanlarımız da genişlənəcək".

Əli Əhmədov deyib ki, keçmiş SSRİ hökuməti azərbaycanlılara qarşı deportasiya siyasəti həyata keçirib: "Bununla bağlı rəsmi sənədlər var. SSRİ-nin deportasiya siyasəti ilə bağlı digər xalqlar beynəlxalq səviyyədə məsələlər qaldırıblar. Ermənilərə qarşı bu vasitədən də istifadə etməliyik".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}