Azərbaycan separatçılara görə Uruqvaya nota göndərib
Tarix: 25-04-2019 21:32 | Bölmə: Siyasət
Azərbaycan separatçılara görə Uruqvaya nota göndərib

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya səfərinə münasibət bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirir ki, sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvəti ilə sözdə “erməni soyqırımı” tədbirlərində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Qanunsuz rejimin qondarma “nümayəndəsi” Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul edilməyib.

Uruqvay senatının sədri Lusia Topolanski ilə görüşə gəldikdə, XİN bildirir ki, L. Topolanski Parlamentdə keçirilən qondarma “soyqırımı” tədbirində iştirak edib və tədbir zamanı Uruqvay erməni icmasının digər nümayəndələri ilə görüşdə M. Mailyan da iştirak edib.

Eyni zamanda, məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Argentinadakı Səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını özündə əks etdirən nota təqdim edib.

Uruqvay XİN-i cavabında bu məsələdə Uruqvay hökumətinin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb.

Azərbaycan Səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər