Erməni nazir: “Məmmədyarovla növbəti görüş Vaşinqtonda baş tuta bilər”
Tarix: 26-04-2019 08:39 | Bölmə: Siyasət
Erməni nazir: “Məmmədyarovla növbəti görüş Vaşinqtonda baş tuta bilər”

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla növbəti görüşünün Vaşinqtonda (ABŞ) baş tuta biləcəyini deyib.

Z. Mnatsakanyan onlayn mətbuat konfransı zamanı “ATƏT-in Minsk qrupunun üç həmsədr var. Bizim Parisdə və Moskvada görüşlərimiz olub, üçüncü həmsədr də var. Həqiqətənmi üçüncü görüş Vaşinqtonda keçirilə bilər? Əlbəttə. Həqiqətənmi biz buna hazırıq? Əlbəttə. Növbəti mərhələ olmalıdır axı", - deyə o bildirib.

Nazirin sözlərinə görə, amerikalı həmkarları öz dəvətlərini təsdiqləyən kimi, bu barədə konkret danışmaq olar.

"Amerikalı həmkarlarımız adından danışmaq istəmirəm, onlar hazırlaşmalıdırlar", - deyə Mnatsakanyan əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər