Xorvatiyalı nazir Bakıya gəlib
Tarix: 28-04-2019 23:04 | Bölmə: Siyasət
Xorvatiyalı nazir Bakıya gəlib

Xorvatiya Baş nazirinin müavini və Xarici və Avropa əlaqələri naziri Mariya Peyçinoviç-Buriç Azərbaycana səfərə gəlib.

Nazir səfər çərçivəsində aprelin 29-da Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edəcək.

Daha sonra xanım nazirin iştirakı ilə Xorvatiyanın Bakıdakı (Xaqani küçəsi 45A, Landmark II, 3-cü mərtəbə) səfirliyinin açılış mərasimi keçiriləcək, mərasimdən sonra isə sərgi və rəsmi qəbul təşkil olunacaq.




Bölməyə aid digər xəbərlər