"Dünya Azərbaycanlıları Milli Birliyə Doğru" adlı forum keçiriləcək
Tarix: 02-05-2019 14:38 | Bölmə: Siyasət
"Dünya Azərbaycanlıları Milli Birliyə Doğru" adlı forum keçiriləcək

Mərkəzi Almaniyada yerləşən Dünya Azərbaycanlıları Assambleyası və mərkəzi İsveçdə yerləşən Dünya Azərbaycanlıları Milli Birliyi Təşkilatı "Dünya Azərbaycanlıları Milli Birliyə Doğru" forumunun keçirilməsinə qərar verib.

Reyting.az-a bu barədə məlumat verən Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev deyib ki, forumun keçirilməsi ilə bağlı qərar hər iki təşkilatın idarə heyyətində müzakirə edilib və bu fikir dəstəklənib.

“Forum keçiriləcək yerlər arasında müzakirə olunan ölkələr Avstriya, Almaniya, İsveçrə və Belçikadır. Bununla yanaşı, təkliflər arasında digər ölkələr də var. Bu günlərdə geniş açıqlamada yer və tarixlə bağlı geniş məlumat veriləcək”.

"Dünya Azərbaycanlıları Milli Birliyə Doğru" adlı forum keçiriləcək

Rəşad Quliyev deyib ki, forumda müzakirə olunacaq məsələ dünyaya səpələnmiş soydaşlarımızın vahid qurum ətrafında təşkilatlandırılması, Azərbaycanın işğala və təcavüzə məruz qalması ilə bağlı beynəlxalq qurumları məlumatlandırmaq, bir çox ölkələrin təşkilat təmsilçiləri ilə münasibət quraraq dünyada sülhün təbliği istiqamətində iş aparmaq əsas mövzular sırasındadır. Foruma 30-a yaxın ölkədən 200-ə yaxın nümayəndə heyyətinin qatılacağı gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər