ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək - Corc Kent
Tarix: 02-05-2019 19:29 | Bölmə: Siyasət
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək

ABŞ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində kömək edəcək. Bunu ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent deyib.

O bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri qismində öz öhdəliklərinə ciddi yanaşır:

“Biz şadıq ki, tərəflər arasında liderlər və XİN rəhbərləri səviyyəsində görüşlər baş tutub. Tərəflər qoşunların təmas xəttində gərginliyin və atəşkəs rejiminin pozulması hallarının azaldılması barədə razılıq əldə ediblər. Moskvada bu yaxınlarda keçirilmiş XİN rəhbərlərinin görüşündə məqbul razılaşmalar əldə olunub. ABŞ gələcəkdə XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır. Növbəti görüşə gəldikdə isə, hələlik demək olmaz ki, yer müəyyənləşdirilib. Amma əmin olun ki, ABŞ öz öhdəliklərinə ciddi yanaşır. Biz münaqişənin sülh yolu ilə həllinə gətirəcək prosesi dəstəkləmək istəyirik. Münaqişənin sülh yolu ilə həll olunmasında tərəflərə kömək etmək niyyətinə sadiqik”.(Trend)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər