14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Deputatlar iyulun 9-da hansı qanunlara dəyişiklik edəcək?
Tarix: 03-07-2019 17:14 | Bölmə: Siyasət
Deputatlar iyulun 9-da hansı qanunlara dəyişiklik edəcək?

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Məlumata görə, iyulun 9-da keçiriləcək toplantının gündəliyinə 38 məsələ daxildir.

Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında" qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxacaqlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}