15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Erməni şərhçi: “Paşinyan Qarabağı Azərbaycana qaytarmaqla devrilməkdən qurtulmaq istəyir”
Tarix: 04-07-2019 12:19 | Bölmə: Siyasət
Erməni şərhçi: “Paşinyan Qarabağı Azərbaycana qaytarmaqla devrilməkdən qurtulmaq istəyir”

“Ermənistanda yeni inqilab labüddür”.

Reyting.az
“Gosnews.rus”-ya istinadla xəbər verir ki, bu, Artur Qriqoryan adlı müəllifin iddiasıdır.

Qriqoryan Ermənistan baş nazirinin NATO baş katibi Yan Stoltenberqə yazdığı məktuba istinad edərək yazır:
“Paşinyan qəfil gediş etmək istəyir – “Artsax”ı Azərbaycana təhvil vermək”.

Müəllifin qeydlərinə əsasən, bir ildən çoxdur ki, iqtidarda olan Nikol Paşinyan heç bir uğur qazana bilməyib. Ermənistanın sosial-iqtisadi göstəriciləri yerində sayır. Bundan əlavə, baş nazir korrupsiyaya qarşı mübarizə adı altında əslində, “Qarabağ klanı” ilə sərt mübarizəyə başlayıb.

“Təəccüblü deyil ki, bu “uğurlar”dan sonra Paşinyanın devriləcəyinə dair şayiələr peyda olub. Guya bu çevriliş təşəbbüsü Dağlıq Qarabağ rəhbərliyinin zirvəsində cücərib. Onun isə Paşinyandan inciməyə haqqı var. Axı baş nazir beynəlxalq arenada Artsaxdan üz döndərməyə, regionu maliyyələşdirməni dayandırmağa çalışır. Artsax prezidenti Saakyanın zəmanəti ilə Koçaryanın həbsdən buraxılması da xüsusi vurğulanmalıdır.

Bir sözlə, Paşinyan bu qəsdən agah olub və bu qəsd məhz Dağlıq Qarabağda qol-budaq atır.

Vəziyyətdən çıxış Paşinyan üçün ümidsiz görünür. Lakin Paşinyan gözlənilməz gediş düşünüb: Artsaxı Azərbaycanı təhvil vermək. Stoltenberqə məktubda bu, açıq bildirilir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər