15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
İbrahim Kalından “Washington Post”-a etiraz – PKK-çının məqaləsinə görə
Tarix: 05-07-2019 10:27 | Bölmə: Siyasət
İbrahim Kalından “Washington Post”-a etiraz – PKK-çının məqaləsinə görə

"Terror təşkilatı üzvünün “Washington Post” qəzetində məqaləsinin dərc edilməsi böyük qalmaqaldır”

Reyting.az
“Tvitter”-ə istinadla xəbər verir ki, bu, Türkiyə Cümhuriyyəti prezidentinin sözçüsü İbrahim Kalının sözləridir.

Kalın paylaşımında qeyd edib: “ABŞ və Aİ terror təşkilatlarının siyahısında olan və ABŞ administrasiyası tərəfindən başına mükafata qoyduğu şəxs “Washington Post”-da terrorizmin açıq təbliğatını aparır və ABŞ qanunlarını pozur.

Bu mətbuat və söz azadlığı ilə izah edilə bilməz. Bu vəziyyət “əl-Qaidə” və ya İŞİD terror təşkilatı üzvlərinə ifadə azadlığı verməkdən fərqli deyil.

Kürdlərin nümayəndəsi olaraq terror təşkilatının başını təsvir etmək, hər şeydən əvvəl kürdlərə təhqirdir. Türkiyə, terrorun hər növünə və onun dəstəkçilərinə qarşı qətiyyətlə mübarizə aparmağa davam edəcək".

Xatırladaq ki, “Washington Post”-un bugünkü sayında PKK rəhbəri Cəmil Bıyıkın məqaləsi dərc olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər