İran Britaniyanı hədələdi: "Tankerinizi ələ keçirəcəyik"
Tarix: 05-07-2019 16:38 | Bölmə: Siyasət
İran Britaniyanı hədələdi: "Tankerinizi ələ keçirəcəyik"

İran Cəbəllütariqdə saxlanılan tankerinin azad edilməyəcəyi təqdirdə, Britaniya tankeri ələ keçirəcəyini bəyan edib.

Reyting.az
"İnterfaks"a istinadən xəbər verir ki, bu hədəni İran Məqsədəuyğunluq Şurasının katibi Mohsen Rezaye səsləndirib.

O bildirib ki, İranın vəzifəsi eyni şəkildə hərəkət etmək və İran tankeri dərhal sərbəst buraxılmayacağı təqdirdə, Britaniya tankerini ələ keçirməkdir.

Qeyd edək ki, dünən Cəbəllütariq səlahiyyətliləri Suriyaya xam neft daşıdığı və bununla da Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozduğu ehtimal edilən "Grace 1" tankerini saxlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}