15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Əvəz Temirxan: “Azərbaycanın parçalanmasına cəhdlər olur”
Tarix: 07-07-2019 09:54 | Bölmə: Siyasət
Əvəz Temirxan: “Azərbaycanın parçalanmasına cəhdlər olur”

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ölkəmizdə müxalifət təmsiləri ilə görüşüb.

Görüşdə Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, AXCP-nin sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının sədri Cəmil Həsənli, Real Pariyası Ali Məclisinin sədri Azər Qasımlı iştirak ediblər.

Azərbaycan Liberal Partiyasının mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai–siyasi vəziyyət, söz və mətbuat azadlığı, siyasi dustaqlar məsələsi, seçki qanunvericiliyi və mühiti müzakirə predmeti olub.

ALP sədri Əvəz Temirxan ölkədə illərdir davam edən “soyuq vətəndaş müharibəsinin” “qaynar vətəndaş müharibəsinə” keçməsi təhlükəsindən, Azəbaycanın bir xalq və dövlət olaraq xarici qüvvələr tərəfindən parçalanması cəhdlərindən danışıb, vəziyyətdən çıxış yolunun yalnız bütün siyasi qüvvələrin “hamının hamı ilə” prinsipi əsasında qarşılıqlı barış niyyətində, addımında olduğunu qeyd edib.

ALP sədri Ə. Temirxan partiyanın Azərbaycan-Gürcüstan münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb, bununla belə, Gürcüstan azərbaycalılarının insan hüquqlarının Gürcüstandakı bəzi siyasi qüvvələr tərəfindən pozulmasından partiyanın narahatlığını dilə gətirib və onların hüquqlarının müdafiəsinin AŞPA tərəfindən həmişə diqqət mərkəzində saxlanmasının əhəmiyyətindən söz açıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər