15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Deputatlar yenə tətilə buraxılmadı
Tarix: 09-07-2019 12:18 | Bölmə: Siyasət
Deputatlar yenə tətilə buraxılmadı

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyində dəyişiklik edilib.

Reyting.az
"Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O. Əsədov bildirib ki, gündəliyə 38 məsələ daxil idi, bunlardan 3-ü çıxarılıb, iyulun 12-də keçirələcək plenar iclasda müzakirə olunacaq: "Bunlar "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" qanunlarına, Mülki Məcəlləyə (hamısı bir paketdir), "Bank olmayan kredit təşkilatları haqqında" qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir”.

Xatırladaq ki, bu iclasdan əvvəl deputatların tətilə çıxacağı açıqlanmışdı.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər