15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Avropa Şurasının sədri Qarabağ məsələsini müzakirə edib
Tarix: 10-07-2019 15:50 | Bölmə: Siyasət
Avropa Şurasının sədri Qarabağ məsələsini müzakirə edib

Yerevanda səfərdə olan Avropa Şurasının sədri Donald Tusk Ermənistanın baş naziri Nikol Paşinyanya Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.

Reyting.az-ın Ermənistan KİV-nə istinadla verdiyi xəbərə görə, Tusk Paşinyanla danışıqların nəticəsi üzrə keçirilən mətbuat konfransında deyib ki, Avropa Şurasının il ərzində proseslərin dinamikasından ruhlandığını və humanitar məsələlərə diqqət ayırmağa hazır olduğunu vurğulayıb.

AŞ rəhbərinin sözlərinə görə, onlar qoşunların təmas xəttində son zamanlar başverən insan itkisi səbəbindən ATƏT-in Minsk qrupu həmsədrlərinin narahatlığını bölüşür.

“Tərəflər sülhə və real danışıqlara şərait yaradan əlverişli mühitin bərpası üçün təmkin göstərməli və tədbirlər görməlidir. Münaqişənin hərbi həlli yolu yoxdur və yalnız beynəlxalq hüquq və prinsiplərə müvafiq olaraq siyasi həll yolu vacibdir. Avropa Şurası Minsk qrupu həmsədrlərinin səylərini tam dəstəkləyir. Avropa Şurası sülhün bərqərar olmasına yönələn fəaliyyəti, eyni zamanda xalqların sülhə hazırlanması üçün konkret tədbirləri də bundan sonra dəstəkləyəcək”, - Tusk söyləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər