Lesbiyan futbolçu ABŞ prezidenti ola bilər - Fotolar
Tarix: 11-07-2019 19:21 | Bölmə: Siyasət
Lesbiyan futbolçu ABŞ prezidenti ola bilər

ABŞ millisinin futbolçusu Meqan Rapino prezident seçkilərində Donald Trampa qalib gələ bilər.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu barədə Public Policу Polling saytında yayılan araşdırmada qeyd edilir.

ABŞ-ın Demokratlar partiyasının təhlil şirkəti futbol üzrə qadınlar arasında dünya çempionatının finalından sonra sorğu keçirib.

Lesbiyan futbolçu ABŞ prezidenti ola bilər

Onun nəticəsinə əsasən, 2020-ci ildə keçiriləcək prezident seçkilərində seçicilərin 42 faizi Rapinoya, 41 faizi Trampa səs verməyə hazırdırlar. Sorğu iyulun 3-dən 8-dək qeydiyyata alınan 804 seçicinin iştirakı ilə keçirilib.

Lesbiyan futbolçu ABŞ prezidenti ola bilər

ABŞ millisi finalda Niderlandı 2:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Rapino turnirin ən yaxşı oyunçusu kimi tanınıb.

Lesbiyan futbolçu ABŞ prezidenti ola bilər

Dünya çempionatından əvvəl futbolçu deyib ki, turnirdə qalib gələcəkləri təqdirdə Ağ evdə Trampla görüşəcək. Rapiro qələbədən sonra Independentə müsahibəsində yenidən prezidenti tənqid edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}