Dövlət Departamenti: iranlı nazir ABŞ-da yalnız 6 məhəlləni dolaşa bilər
Tarix: 16-07-2019 10:57 | Bölmə: Siyasət
Dövlət Departamenti: iranlı nazir ABŞ-da yalnız 6 məhəlləni dolaşa bilər

“İran xarici işlər nazirinin Nyu-Yorkda hərəkəti 6 məhəllə ilə məhdudlaşdırılıb”.

Reyting.az
“Nyu-York Tayms” nəşrinə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

Hukun sözlərinə görə, sanksiya siyahısında olan iranlı nazirin BMT tədbirlərində iştirakı yalnız bu çərçivədə mümkündür.

“İranlı diplomatlara Nyu-Yorkda sərbəst hərəkət izni verə bilmərik. Amerikalı diplomatlar Tehranın küçələrində sərbəst dolaşmır. Buna görə də, hərəkətləri məhdudlaşdırmadan başqa çarə görmürük”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər