Aleksandr Dugin: “Türkiyənin NATO-dan çıxması zaman məsələsidir”
Tarix: 17-07-2019 13:25 | Bölmə: Siyasət
Aleksandr Dugin: “Türkiyənin NATO-dan çıxması zaman məsələsidir”

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski prezident Rəcəb Tayyib Ərdoğanın ona Türkiyənin NATO-da çıxmağa hazır olduğunu söylədiyini iddia edib.

Reyting.az
“İndependent Turkish”-ə istinadla xəbər verir ki, Jirinovski deyib:

“Türkiyə prezidenti Ərdoğanla iki dəfə görüşdüm. Mənə şəxsən Türkiyənin NATO-dan çıxmağa hazır olduğunu söyləyib. Onlar Aİ üzvü olmaq istəyirlər, lakin Türkiyəni İttifaqa qəbul etmirlər. Onlar tələbləri bir-birinin ardınca yerinə yetirirlər, lakin İttifaqa qəbul edilmirlər. Onlar NATO-ya qəbul edilən ilk ölkə idilər, çünki onların ərazisi Rusiyaya qarşı hərəkətlərə münasibdir”.

Aleksandr Dugin: “Türkiyənin NATO-dan çıxması zaman məsələsidir”
Aleksandr Dugin

Bənzər bir iddianı rus strateqi Aleksandr Dugin irəli sürüb. Onun sözlərinə görə, NATO-ya üzvlük Türkiyənin suverenliyi üçün, bir növ, intihardır.

“Rusiyanın yeganə alternatividir. Rusiyanın “S-400” kimi strateji silahları yeganə alternativdir. Türkiyə baxımından “S-400” seçimi də şüurlu bir seçimdir. Türkiyənin müdafiə müstəqilliyi və NATO-dan çıxması yalnız zaman məsələsidir. Əlbəttə, nə vaxt olacağını deyə bilmərəm. Amma bu məntiqli olacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər