Qənirə Paşayeva akademiyanın professoru seçildi
Tarix: 17-07-2019 14:14 | Bölmə: Siyasət
Qənirə Paşayeva akademiyanın professoru seçildi

İyulun 17-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında "AMEA-nın professoru" adını almaq üçün seçki keçirilib.

Reyting.az bildirir ki, akademiyanın müvafiq elmi bölmələrinin vəsatətinə əsasən, gizli keçirilən səsvermədə Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

Nəticələrə əsasən, 13 nəfər “AMEA-nın professoru” adına layiq görülüb. Onların arasında deputat Qənirə Paşayeva da var.

"AMEA-nın professoru" adını almaq üçün elan olunan müsabiqədə respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb. Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib. Seçilən namizədlər Rəyasət Heyətinə təqdim edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər