Türk diplomatın 4 qatili həbs edildi - Aralarında HDP-li deputatın qardaşı da var
Tarix: 20-07-2019 17:38 | Bölmə: Siyasət
Türk diplomatın 4 qatili həbs edildi - Aralarında HDP-li deputatın qardaşı da var

İyulun 17-də İraqın Ərbil şəhərində restoranda qətlə yetirilən Türkiyə Baş konsulunun müavini Osman Kösənin qatilləri həbs olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Ərbil Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, diplomatın qətlini təşkil və icra edən 4 terorçuların hamısı saxlanılıb.

Məlumata görə, saxlanılanlar arasında Türkiyə parlamentinin HDP-li deputatı Dersim Dağın qardaşı da var.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər