Media azadlığı üzrə nümayəndə ölkəmizə səfərə hazırlaşır
Tarix: 26-07-2019 00:39 | Bölmə: Siyasət
Media azadlığı üzrə nümayəndə ölkəmizə səfərə hazırlaşır

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir yaxın zamanlarda Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə H. Dezir ATƏT regionunda media azadlığının vəziyyətinə dair dinləmələr zamanı deyib.

O bildirib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla səfər məsələsini müzakirə edib. Onun sözlərinə görə, səfərin dəqiq vaxtı ilə bağlı müzakirələr davam edir.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər