Kosta-Rikanın Azərbaycandakı səfirliyi bağlanır
Tarix: 30-07-2019 11:27 | Bölmə: Siyasət
Kosta-Rikanın Azərbaycandakı səfirliyi bağlanır

Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.

Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.

Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər