Milli Məclis Aparatının rəhbəri: “Köhnə qanunlar indiki tələblərə cavab vermir”
Tarix: 30-07-2019 12:12 | Bölmə: Siyasət
Milli Məclis Aparatının rəhbəri: “Köhnə qanunlar indiki tələblərə cavab vermir”

“Hazırda qüvvədə olan bəzi qanunları ikinci və üçüncü dəfə qəbul edirik. Çünki zaman dəyişir və köhnə qanunlar indiki tələblərə cavab vermir”.

Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, qanunverici orqan 2019-cu ilin yaz sessiyasında da məhsuldar işləyib: “Biz müəyyən ritmdə işləyirik. Sözsüz ki, ölkədə aparılan islahatlar dərinləşdikcə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində də məzmunca fərq var. Əvvəl qanunvericilikdə mövcud olan boşluqları aradan götürməklə məşğul olurduq".

S.Mirzəyev vurğulayıb ki, parlamentin yaz sessiyası zamanı “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında”, həmçinin iqtisadi sahədə bir neçə qanun qəbul edilib: “Orijinal qanun layihəsi isə “Mediasiya haqqında” qanundur. Müxtəlif sahələrlə bağlı bir çox mübahisələr var. Hansı ki, onları könüllü həll etmək mümkündür. Yəni artıq məhkəmə və prokurorluğa müraciət etməyə ehtiyac qalmır. Bir şəxs etibar edəcəyi birini seçib mübahisəni həll edə bilər. Əgər bu qanun işləsə ölkədə biznes xeyli inkişaf edə və oradakı problemlərin çoxu aradan qalxa bilər”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər