Azərbaycan HDQ-nin qərargahında Qazaxıstan və İran nümayəndə heyətləri ilə görüşlər keçirilib
Tarix: 30-07-2019 19:15 | Bölmə: Siyasət
Azərbaycan HDQ-nin qərargahında Qazaxıstan və İran nümayəndə heyətləri ilə görüşlər keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov iyulun 30-da Qazaxıstan Hərbi Dəniz Donanmasının nümayəndəsi 1-ci dərəcəli kapitan Kanat Niyazbekovun və İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi 1-ci dərəcəli kapitan Hüseyn Həsəninin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlər keçirib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, görüşlərdə Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}