İsrailin kəşfiyyat mənbələri: İran ərəb şahzadələri ilə gizli danışıqlar aparır
Tarix: 03-08-2019 13:59 | Bölmə: Siyasət
İsrailin kəşfiyyat mənbələri: İran ərəb şahzadələri ilə gizli danışıqlar aparır

İki ay ABŞ qüvvələrinin İranı neft obyektlərinə hücum etdiklərinə görə cəzalandırmasını boş yerə gözlədikdən sonra BƏƏ və Səudiyyə Ərəbistanı sakitcə Tehranla danışıqlara başlayıb.

Reyting.az
“DEBKAfile”-a istinadla xəbər verir ki, Birləşmiş Əmirliklər və Səudiyyə Ərəbistanı başda olmaqla, Körfəz dövlətləri Tramp administrasiyasının hədəflərinin öz məqsədlərinə uyğun olmadığı qənaətinə gəlib.

İsrailin hərbi kəşfiyyatına yaxınlığı ilə bilinən saytın xəbərində qeyd olunur ki, Əbu-Dabi səlahiyyətlisinin sözlərinə istinad edir:

"Vaşinqtonun Körfəz üçün dəniz təhlükəsizlik koalisiyası planında iştirak etməkdə heç bir marağımız yoxdur, çünki onun dayandırıcı gücü olduqca məhdud olacaq".

BƏƏ-nin tacdar şahzadəsi Şeyx Məhəmməd bin Ziad müstəqil təşəbbüs göstərib. DEBKAfile-nin kəşfiyyat mənbələri bildirirlər ki, BƏƏ-nin nümayəndə heyəti 6 illik düşmənçilik dövründə ilk dəfə İran liderləri ilə görüşmək üçün iyulun 30-da Tehrana səfər edib.
“Bu və digər proseslər Tehranı Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana gizli danışıqlara və BƏƏ kimi, müsbət təkliflər verməyə təşviq edib. Şahzadənin təklifi ciddi şəkildə nəzərdən keçirməsinin ilk əlamətləri var”.

Vaşinqtonun Körfəzdəki iki böyük müttəfiqinin bu hərəkəti Tramp administrasiyasının Tehrana qarşı sanksiyalarının təsirini azaldır. İran ABŞ-ın tətbiq etdiyi beynəlxalq təcriddən çıxmağı bacarır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər