Ərdoğanın xüsusi elçisi İraqda: “Müştərək işçi qrup yaratdıq”
Tarix: 15-08-2019 00:09 | Bölmə: Siyasət
Ərdoğanın xüsusi elçisi İraqda: “Müştərək işçi qrup yaratdıq”

Türkiyə prezidentinin İraqdakı xüsusi elçisi su problemi ilə bağlı ortaq işçi qrupun yaradıldığını bildirib.

Reyting.az
“Elfrat News”-a istinadla xəbər verir ki, Veysəl Əroğlu İraq rəsmiləri ilə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdiyini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğanın İraqdakı xüsusi elçisi deyib: "İraqın su resursları naziri ilə ortaq işçi qrupu yaratdıq və əməkdaşlığı necə gücləndirməni müzakirə etdik. İraq heyətinin sentyabr ayında Türkiyəyə gəlməsi nəzərdə tutulur".

İraq rəsmiləri dəfələrlə rəsmi Ankaranı su problemi yaratmaqda ittiham edib. Son illərdə Türkiyədə tikilən bir sıra su anbarları digər qonşu ölkələrdə də ekoloji müşküllər doğurub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər