Yapon imperatoru İkinci Dünya müharibəsinə görə üzr istədi
Tarix: 15-08-2019 10:57 | Bölmə: Siyasət
 Yapon imperatoru İkinci Dünya müharibəsinə görə üzr istədi

Yaponiyanın yeni imperatoru ölkəsinin keçmişinə görə dərin təəssüf hissi keçirərək bütün dünyada sülhə can atdığını bildirib.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, imperator Narihito bunu İkinci Dünya müharibəsində babasının imzaladığı təslim müqaviləsinin ildönümü münasibətilə təşkil edilən mərasimdə söyləyib.

2 il əvvəl, may ayında Yaponiyanın yeni imperatoru olmuş Narihito deyib:

"Müharibədən sonrakı dünyaya baxaraq, keçmişimizi düşünərək təəssüf hissi keçirirəm. Səmimi qəlbdən ümid edirəm ki, müharibənin vurduğu ziyan heç vaxt təkrarlanmayacaq".

"Ölkəmin bütün xalqları ilə birlikdə müharibədə həyatını itirənlərin hamısını xatırlayıram... və dünyaya sülh və ölkəmə daha da böyük inkişaf naminə dua edirəm", - deyə imperator əlavə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər