Parlamentdən tələb: “Səddam Hüseynin qızı ekstradisiya edilməlidir”
Tarix: 15-08-2019 14:17 | Bölmə: Siyasət
Parlamentdən tələb: “Səddam Hüseynin qızı ekstradisiya edilməlidir”

İraq parlamenti İordaniyaya təzyiq göstərərək axtarışa verilmiş şəxslərin, o cümlədən Səddamın qızı Rəqəd Hüseynin ekstradisiya edilməsinə çalışır.

Reyting.az
“Ukaz” nəşrinə istinadla xəbər verir ki, hökumət bu səylərə qarşı çıxır. Hazırda iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlıq genişlənir. Təkcə ötən ay İraq və İordaniya arasında ticarət dövriyyəsi 257 min dollara çatıb.

Lakin parlament 5 fevral 2018-ci il qərarına əsasən axtarışa verilmiş 60 şəxsin geri qaytarılmasını vacib sayır. İordaniyada məskunlaşmış İraqın sabiq rəhbəri Səddam Hüseynin qız da onların arasındadır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər