Trampın çağırışı və İsrailin qərarı: müsəlman konqresmenlər yəhudi dövlətinə buraxılmayacaq
Tarix: 15-08-2019 19:43 | Bölmə: Siyasət
Trampın çağırışı və İsrailin qərarı: müsəlman konqresmenlər yəhudi dövlətinə buraxılmayacaq

ABŞ prezidenti Donald Tramp, İsraili solçu demokrat konqresmenləri “persona non qrata” elan etməyə çağırıb.

Reyting.az
“Jerusalem Post”-a istinadla xəbər verir ki, Tramp “Tvitter”də İlhan Ömər və Rəşidə Tlaibin İsrailə girişinin "böyük zəiflik nümayişi" olacağını yazıb.

Prezidentin tvitində deyilir: “Konqresmenlər İsrailə və bütün yəhudilərə nifrət edirlər. Düşüncələrini dəyişdirmək üçün söylənən və ya edilə biləcək heç bir şey yoxdur. Minnesota və Miçiqan ştatlarının onları yenidən seçməsi çətinlik olacaq. Bu, rüsvayçılıqdır".

İsrail xarici işlər nazirinin müavini Tzipi Hotoveli İsrailin sözügedən konqresmen qadınların İsrailə girməsinə icazə verməyəcəyini təsdiqləyib. "İsrail qərar verib. Bu iki qadının ölkəyə girməsinə icazə verməyəcəyik. Dünyada mövcud olmaq hüququmuzu inkar edən hər kəsin ölkəyə girməsinə icazə verməyəcəyik. Prinsipcə bu çox düzgün qərardır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər