İran XİN: “Türkiyə və ABŞ-ın planı narahatedicidir”
Tarix: 18-08-2019 22:02 | Bölmə: Siyasət
İran XİN: “Türkiyə və ABŞ-ın planı narahatedicidir”

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyanın şimal-şərqində qondarma "təhlükəsiz bölgə" yaratma niyyətini sərt şəkildə tənqid edib.

Reyting.az
“Farsnews”-a istinadla xəbər verir ki, XİN-in sözçüsü Abbas Musəvi "təhlükəsiz bölgə" ilə bağlı son açıqlamalarda narahatlığını ifadə edərək, bu hərəkətin təkcə Suriyanın işlərinə müdaxilə olduğunu deyil, həm də bölgənin təhlükəsizliyinə zərər verəcəyini bildirib.

İranlı diplomat Suriyanın ərazi bütövlüyünün kobud şəkildə pozulduğunu vurğulayaraq bunun beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olduğunu deyib.

Abbas Musəvi, Suriya-Türkiyə sərhədindəki təhlükəsizlik problemlərinin Ankara və Şam arasındakı ikitərəfli anlaşma yolu ilə, həmçinin digər ölkələrin müdaxiləsi olmadan həll edilməsinin vacibliyini qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər