"Mandatdan imtina etmirəm, çünki..." - Erkin Qədirli deputat seçilməsinə etiraz edənlərə belə cavab verdi
Tarix: 21-02-2020 15:01 | Bölmə: Siyasət
"Mandatdan imtina etmirəm, çünki..." - Erkin Qədirli deputat seçilməsinə etiraz edənlərə belə cavab verdi

Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü Erkin Qədirli bir daha bəyan edib ki, mandatdan imtina etməyəcək.

Reyting.az
xəbər verir ki, bu barədə açıqlama verən Erkin Qədirli onu söyənləri də anlayışla qarşıladığını deyib:

"Ünvanıma yazılan tənqidləri, hətta söyüşləri, anlayışla qarşılayaraq, çoxlarının nəticə çıxarmağa tələsdiyini bildirməliyəm. Mən hansı riskləri üzərimə götürdüyümü, hansı məsuliyyətin altına girdiyimi yaxşı anlayıram.

Bu işdə öz xeyrimi güdmürəm, əksinə, daha çox itirirəm. Onsuz da adımdan başqa heç nəyim yoxdur, adımı xərcləyirəm. Milli Məclisdə ən zəif, dəstəksiz, hər tərəfdən vurula, ilk fürsətdə qurban verilə bilən üzv olacağımı da bilirəm. Bununla belə, ölkəmiz üçün daha uzaq hədəfləri, daha təhlükəli riskləri düşünürəm. Mandatdan imtina etmirəm, çünki məqsədim mandat deyil, heç zaman da olmayıb.

Tələsən yerimiz yoxdur. Yaxşı işlər yavaş görülür. Görək hara qədər gedə bilirik".

Erkin Qədirli fevralın 9-da keçirilən parlament seçkilərində 35.6 faiz səslə 16 saylı Yasamal ikinci seçki dairəsinin qalibi elan edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}