16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Aqil Abbasın lider olduğu dairə üzrə qərar - Bir məntəqənin nəticələri etibarsız sayıldı
Tarix: 22-02-2020 17:43 | Bölmə: Siyasət
Aqil Abbasın lider olduğu dairə üzrə qərar - Bir məntəqənin nəticələri etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən namizəd Anar İsayevin səlahiyyətli nümayəndəsi Taleh Əliyevin müraciətinə baxılıb. 

Məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Araşdırma zamanı dairə üzrə yalnız bir seçki məntəqəsində pozuntu aşkar edilib”. 

İclasda həmin dairənin 1 seçki (9 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd eədk bu dairə üzrə lider namizəd deputat Aqil Abbasdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}